Yazını böyüt
Yazını kiçilt
Xəbər verdiyimiz kimi, bu gün Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
Hafta.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Eyni zamanda, tədbirdə Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev və Birliyin MDB İnsan hüquqları komissiyasının sədri, Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova çıxış ediblər.
Sonra tədbirin yekun sənədləri imzalanıb.
İclasda Tacikistan Prezidenti Emoməli Rəhmona "Humanitar əməkdaşlığın inkişafında xidmətlərə görə” medalı təqdim olunub.